Bu il iyunın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 29 654,4 milyon manat təşkil edib.
“Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, mayın 1-i ilə müqayisədə 0,4% az, ötən il iyunın 1-nə nisbətən isə 7,6% çoxdur.
Bankların aktivlərinin 12 861,4 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 29,8% böyüyüb, kreditlərin aktivlərdəki payı isə 36%-dan 43%-a yüksəlib.
Hesabat dövründə bank sektorunun öhdəlikləri 6,5% artaraq 25 161,6 milyon manata, o cümlədən depozit portfeli 11,1% artaraq 18 733,1 milyon manata çatıb. Bunun 8 527, 6 milyon manatı fiziki, 10 205,5 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 9,4%, şirkətlərin banklardakı vəsaitləri isə 12,5% artıb.
Sektorun cəmi kapitalı isə 14,3% artaraq 4 492,8 milyon manata çatıb.