Azərbaycanın bank sektoru bu ilin I rübündə 124 milyon manat xalis mənfəət əldə edib

Azərbaycanın bank sektoru bu ilin I rübündə 124 milyon manat xalis mənfəət əldə edib Azərbaycanın bank sektoru bu ilin yanvar-mart aylarında 123,9 milyon manat xalis mənfəət əldə edib. Halbuki sektor ötən ilin eyni dövründən 55,9 milyon manat xalis zərərlə çıxmışdı.
Maliyyə
8 May , 2019 11:38
Azərbaycanın bank sektoru bu ilin I rübündə 124 milyon manat xalis mənfəət əldə edib

Azərbaycanın bank sektoru bu ilin yanvar-mart aylarında 123,9 milyon manat xalis mənfəət əldə edib. Halbuki sektor ötən ilin eyni dövründən 55,9 milyon manat xalis zərərlə çıxmışdı.

“Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, 3 ay ərzində bankların faiz gəlirləri 483,2 milyon manat (illik müqayisədə 12,9% çox), faiz xərcləri 140,7 milyon manat (7,4% az), qeyri-faiz gəlirləri 145,2 milyon manat (26,8% çox), qeyri-faiz xərcləri 248,9 milyon manat (2,55% çox), aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına ayırmaları 122,8 milyon manat (37,8% az), digər gəlirləri 23,4 milyon manat (16,7 dəfə çox), mənfəət vergisi ödəmələri isə 15,5 milyon manat (2 dəfə çox) təşkil edib. 

Son xəbərlər

Orphus sistemi