Yuxarı
    Bağlamaq

    ​Azərbaycanın bağlanmış 4 bankındakı qorunan əmanətlərlə bağlı yekun rəqəmlər açıqlanıb

    “Parabank”, “Zaminbank”, “Kredobank” və “Dekabank”da kompensasiya olunacaq əmanətlərin yekun məbləği 110,7 mln. manat təşkil edib

    Bakı. 29 iyul. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatasının lisenziyasını ləğv etdiyi 4 kommersiya bankı – “Parabank”, “Zaminbank”, “Kredobank” və “Dekabank” ASC-lərdə kompensasiya olunacaq əmanətlərin ümumi yekun məbləği 110,714 mln. manat təşkil edib. “Report” xəbər verir ki, bu barədə Əmanətlərin Sığortalanması Fondunun (ADİF) açıqlamasında bildirilir.

    Xatırladaq ki, Fondun icraçı direktoru Azad Cavadov bir həftə öncə keçirdiyi mətbuat konfransında sözügedən rəqəmin 127 mln. manata yaxın olduğunu açıqlamışdır. Aparılan dəqiqləşdirmələrdən sonra isə kompensasiya olunacaq əmanətlərin ümumi məbləğinin 17 mln. manat az olduğu üzə çıxıb:

    Bank Fiziki şəxslərin
    ümumi əmanətləri
    (mln. manat)
    Qorunan əmanətlər
    (mln. manat)
    Kompensasiya olunan
    əmanətlər
    (mln. manat)
    Qorunan əmanətçilərin
    sayı
    1 “Parabank” 87,619 61,949 43,788 18 970
    2 “Zaminbank” 53,632 53,631 36,350 10 742
    3 “Kredobank”    30,206 20,956 27,768 4 542
    4 “Dekabank”  5,585 3,767 2,807 133

    Qeyd edək ki, yaranmış fərqlə bağlı ADİF-in icraçı direktoru A.Cavadov bu gün rəsmi açıqlama verəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi