Yuxarı
    Bağlamaq

    Azərbaycanın Avropa İttifaqı ilə ticarət dövriyyəsi kəskin azalıb

    Bu il Avropa İttifaqı ölkələrinə ixrac 39%, idxal isə 3% azalıb

    Bakı. 30 sentyabr. REPORT.AZ/ Azərbaycanla Avropa İttifaqı ölkələri arasında ticarət dövriyyəsinin həcmi illik müqayisədə 32,34% azalaraq 2015-ci ilin yanvar-avqust ayları ərzində 6 650,5 mln. ABŞ dolları təşkil edib.

    "Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu müddətdə ixracın həcmi 38,9% azalaraq 4 906,3 mln. dollar, idxal isə 3,04% azalaraq 1 744,1 mln. dollar olub. Statistikaya əsasən, Avropa İttifaqı ölkələri ilə ticarət əməliyyatlarının həcmi cəmi ticarət dövriyyəsində 47,23% paya sahib olub. Bu ölkələrin ixracda xüsusi çəkisi 59,95%, idxalda isə 29,57% təşkil edib.

    Bildirək ki, Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsinin 29,35%-i və ya 1 951,8 mln. dolları İtaliyanın payına düşüb. İtaliya ilə ixrac illik 53,94% azalaraq 1 641,4 mln. dollar, idxal isə əksinə 86,86% artaraq 310,4 mln. dollar təşkil edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi