Azərbaycanda lizinq şirkətinin rəhbəri dəyişib

Azərbaycanda lizinq şirkətinin rəhbəri dəyişib "Azərbaycan Lizinq Şirkəti"nə yeni baş menecer təyin edilib
Maliyyə
25 İyul , 2016 11:48
Azərbaycanda lizinq şirkətinin rəhbəri dəyişib

Bakı. 25 iyul. REPORT.AZ/ "Ansar Leasing" ticarət nişanı adı altında fəaliyyət göstərən "Azərbaycan Lizinq Şirkəti" MMC-yə yeni baş menecer təyin edilib. Bu barədə "Report"a Şirkətdən məlumat verilib.

Məlumata görə, söhbət Hikmət İbrahimovdan gedir. O, artıq baş menecer vəzifəsinə təsdiqlənib. H.İbrahimov bu vəzifədə Cəfər Babayevi əvəz edib.

Xatırladaq ki, "Azərbaycan Lizinq Şirkəti" 2008-ci ildə Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası tərəfindən yaradılıb. Onun nizamnamə kapitalı 5 mln. manatdır.

Son xəbərlər

Orphus sistemi