Yuxarı
    Bağlamaq

    Azərbaycanın aparıcı BOKT-u illik 14,5% gəlirliliklə istiqraz buraxır

    Bakı. 7 dekabr. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası “Para” ASC bank olmayan kredit təşkilatının (BOKT) istiqraz emissiyasını dövlət qeydiyyatına alıb.

    “Report” bu barədə Palata yanında Məlumatların Elektron Açıqlanması Sisteminə istinadən xəbər verir.

    Emissiya prospektinə əsasən, BOKT dövriyyəyə hər birinin nominal dəyəri 1 000 manat olan 5 000 ədəd faizli, sənədsiz, təmin edilməmiş, adlı istiqraz buraxacaq. Qiymətli kağızlar 3 il müddətində tədavüldə olacaq. Onların illik gəlirliliyi 14,5%-dir. Emissiyanın anderrayteri “PAŞA Kapital” investisiya şirkətidir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi