Azərbaycanın AİİB-dəki səsvermə hüququ azalıb

Azərbaycanın AİİB-dəki səsvermə hüququ azalıb Bu, Özbəkistanın banka üzvlüyünün ratifikasiyası ilə bağlıdır
Maliyyə
7 Dekabr , 2016 15:05
Azərbaycanın AİİB-dəki səsvermə hüququ azalıb

Bakı. 7 dekabr. REPORT.AZ/ Azərbaycanın Asiya İnfrastruktur İnvestisiya Bankındakı (AİİB) iştirak payı 0,0007 faiz bəndi azalaraq 0,2844%-ə düşüb.

“Report”un AİİB-ə istinadən verdiyi xəbərə görə, bu, Özbəkistanın AİİB-ə üzvlüyünün ratifikasiyası ilə əlaqədardır.

Məlumata görə, rəsmi Bakının AİİB-də səsvermə hüququ da 0,0260 faiz bəndi azalıb. Hazırda Azərbaycanın səsvermə hüququ 5 709 səs yaxud 0,5444% həddindədir.

Azərbaycanın Bankda nominal ifadədə iştirak payı dəyişməyib və hazırda da 254,1 mln. ABŞ dolları səviyyəsindədir.

Qeyd edək ki, Özbəkistanın 219,8 mln. dollarlıq büdcə ilə AIIB-ə üzlüyü təsdiqlənib. Bununla da Özbəkistan AİİB-də 0,2460% iştirak payı, 5 366 səs yaxud 0,5117% səsvermə hüququ əldə edib.

Xatırladaq ki, 2015-ci il iyunun 29-da Pekində 57 ölkə AİİB-in yaradılması üçün müqavilə imzalayıb. Azərbaycan tərəfindən bu müqaviləni maliyyə naziri Samir Şərifov imzalayıb. Rəsmi Bakının üzvlüyü isə 2016-cı il iyunun 24-də ratifikasiya edilib.

Son xəbərlər

Orphus sistemi