Azərbaycanın Asiya İnfrastruktur İnvestisiya Bankındakı (AIIB) iştirak payı 0,0006 faiz bəndi azalaraq 0,2636%-ə düşüb.
“Report”un AIIB-ə istinadən verdiyi xəbərə görə, bu, Rumıniyanın üzvlüyə qəbul edilməsi ilə əlaqədardır. Hal-hazırda Bankın 87 üzvü var.
Məlumata görə, AIIB-nin üzvlərinin sayının artırılması ilə bağlı rəsmi Bakının AIIB-də səsvermə hüququ da 66 səs və yaxud 1,28% azalıb. Hazırda Azərbaycanın səsvermə hüququ 5 069 səs və yaxud 0,4508% həddindədir ki, bu da 0,0037 faiz bəndi azalma deməkdir.
Azərbaycanın Bankda nominal ifadədə iştirak payı dəyişməyib və hazırda da 254,1 mln. ABŞ dolları səviyyəsindədir.
Xatırladaq ki, 2015-ci il iyunun 29-da Pekində 57 ölkə AIIB-in yaradılması üçün müqavilə imzalayıb. Azərbaycan tərəfindən bu müqaviləni maliyyə naziri