Yuxarı

Azərbaycanın AIIB-də səsvermə hüququ 3%-dək azalıb

​Azərbaycanın AIIB-də səsvermə hüququ 3%-dək azalıb

52

Azərbaycanın Asiya İnfrastruktur İnvestisiya Bankındakı (AIIB) iştirak payı 0,0009 faiz bəndi azalaraq 0,2627%-ə düşüb.

“Report”un AIIB-ə istinadən verdiyi xəbərə görə, bu, 2019-cu il ərzində 7 ölkənin üzvlüyə qəbul edilməsi ilə əlaqədardır. Həmin ölkələr Əlcəzair, Belarus, Belçika, Ekvador, Yunanıstan, Qvineya və Serbiyadır.

Bu vaxta qədər üzvlük üçün Banka 102 ölkə müraciət edib ki, artıq onlardan 76-na müsbət cavab verilib.

Məlumata görə, AIIB-nin üzvlərinin sayının artırılması ilə bağlı rəsmi Bakının bu bankda səsvermə hüququ da 117 səs və yaxud 2,93% azalıb. Hazırda Azərbaycanın səsvermə hüququ 5 069 səs və yaxud 0,4376% həddindədir.

Azərbaycanın Bankda nominal ifadədə iştirak payı dəyişməyib və hazırda da 254,1 mln ABŞ dolları səviyyəsindədir.

Xatırladaq ki, 2015-ci il iyunun 29-da Pekində 57 ölkə AIIB-in yaradılması üçün müqavilə imzalayıb. Azərbaycan tərəfindən bu müqaviləni Maliyyə naziri Samir Şərifov imzalayıb. Rəsmi Bakının üzvlüyü isə 2016-cı il iyunun 24-də ratifikasiya edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi