Azərbaycanın 4 aylıq pərakəndə ticarət dövriyyəsi 11 mlrd. manata yaxın olub

Azərbaycanın 4 aylıq pərakəndə ticarət dövriyyəsi 11 mlrd. manata yaxın olub Bakı. 11 may. REPORT.AZ/ 2018-ci ilin yanvar-aprel aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,5% üstələyərək 10,9 mlrd. manat olub.
Maliyyə
11 May , 2018 14:50
Azərbaycanın 4 aylıq pərakəndə ticarət dövriyyəsi 11 mlrd. manata yaxın olub
Report
0 : 00
0 : 00

Bakı. 11 may. REPORT.AZ/ 2018-ci ilin yanvar-aprel aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,5% üstələyərək 10,9 mlrd. manat olub.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Ticarət dövriyyəsinin 5,5 mlrd. manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 5,4 mlrd. manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2017-ci ilin yanvar-aprel aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 1,9% və 3,1% üstələyib.

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,2%-i ərzaq məhsullarının, 5%-i içkilər və tütün məmulatlarının, 17,7 %-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,3%-i elektrik malları və mebellərin, 5,8%-i avtomobil yanacağının, 1,3%-i əczaçılıq və tibbi malların, 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18 %-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

2018-ci ilin yanvar-aprel aylarında istehlak məhsullarının 13,5%-i ticarət müəssisələri, 52,4%-i fərdi sahibkarlar tərəfindən, 34,1%-i isə bazar və yarmarkalarda satılıb. 2017-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 21%, fərdi sahibkarlar üzrə 0,3% artıb, bazar və yarmarkalarda isə 0,2% azalıb.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 278 manat və yaxud 2017-ci ilin yanvar-aprel aylarının göstəricisindən nominal ifadədə 14,5 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 139,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 138,4 manatlıq qeyri-ərzaq məhsulları alıb.

Son xəbərlər

Orphus sistemi