Azərbaycanın 36 şəhər və rayonunda əmlak vergisi üzrə daxilolmalar artıb

Azərbaycanın 36 şəhər və rayonunda əmlak vergisi üzrə daxilolmalar artıb Bununla yanaşı, torpaq vergisinin yığımı 17%, mədən vergisinın isə 59% azalıb
Maliyyə
2 Sentyabr , 2015 14:17
Azərbaycanın 36 şəhər və rayonunda əmlak vergisi üzrə daxilolmalar artıb

Bakı. 2 sentyabr.REPORT.AZ/ Azərbaycanın 36 şəhər və rayonunda toplanan əmlak vergisi üzrə artım müşahidə olunub. "Report" xəbər verir ki, bunu Bakıda "Əmlak vergisi: yeniliklər və problemlərin həlli yolları" mövzusunda keçirilən seminarda çıxış edən Prezident Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin sektor müdiri Kamran Bayramov deyib.

K.Bayramovun sözlərinə görə, ildə iki dəfə yığılan əmlak vergisində aktivlik adətən ilin ikinci yarısında müşahidə olunur: "Ötən ilin birinci yarısı ilə müqayisədə əmlak vergisi üzrə artım 6,5% olub. Ölkədə 36 şəhər və rayonda əmlak vergisi üzrə artım müşahidə olub. Məsələn, Səbail rayonunda 87,9%, Gəncə şəhərində 88,9%, Cəlilabad rayonunda 89,3%, Şəmkir rayonunda 1,5 dəfə, Şirvan şəhərində 2,5 dəfə, Gədəbəy rayonunda 15,5 dəfə əmlak vergisinin yığılmasında artım qeydə alınıb".

Administrasiya rəsmisi bəzi bələdiyyələrin kompüterləşməsi prosesinin tezliklə yekunlaşacağını deyib: "Bu gün ölkədə olan bələdiyyələrin 95%-dən çoxu kompüterlə təmin edilib. Tezliklə bütün bələdiyyələrdə kompüter və digər avadanlıqlar olacaq".

Bəzi bələdiyyələrin fəaliyyətində qanunauyğunsuzluq olduğunu deyən sektor müdiri, əmlakın sahəsinin müəyyən edilməsi məsələləri ilə bağlı Əmlak Komitəsi ilə danışıqlar aparıldığını deyib: "Bizə məlumatlar daxil olur ki, bəzən bələdiyyələr vətəndaşa tədiyə bildirişi verir. Amma orada əmlakın sahəsi göstərilmir. Vətəndaş bununla bağlı narazılıq etdikdə isə bələdiyyə nümayəndəsi deyir ki, "əmlakın sahəsini siz yazın, biz vergini hesablayıb yenidən bildiriş göndərərik". Təbii ki, bu yolverilməzdir. Əmlakın sahəsinin hesablanması ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi ilə danışıqlar aparılır. Tezliklə bu problem də həllini tapacaq".

Bələdiyyələrin vətəndaşa vergi uçotuna alınamsı ilə bağlı sənəd verməli olduğunu deyən K.Bayramov ölkə üzrə bələdiyyələrdən yığılan bəzi vergi növlərində azalmanın olduğunu da açıqlayıb: "Torpaq vergisi 16,8%, mədən vergisi isə yığım 58,8% azalıb".

Son xəbərlər

Orphus sistemi