Yuxarı
    Bağlamaq

    Azərbaycanın 2 bankı filialını bağlayıb

    Bunlar “Yapı Kredi Bank Azərbaycan” və “Muğanbank”dır

    Bakı. 14 mart. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 13 mart 2017-ci il tarixli qərarına əsasən “Yapı Kredi Bank Azərbaycan” QSC-nin “İnşaatçılar” filialı və “Muğanbank” ASC-nin “Biləsuvar” filialına verilmiş icazələr ləğv edilib.

    Bu barədə “Report”a Palatadan bildirilib.

    Məlumata görə, qurumun Direktorlar Şurasının iclasında “Yapı Kredi Bank Azərbaycan” ın Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova küçəsi, 2a ünvanında yerləşən “İnşaatçılar” filialının bağlanması üçün müraciətinə baxılıb və müsbət qərar qəbul edilib. Belə ki, sözügedən filialın bağlanmasına əsas səbəb Bank tərəfindən xərclərin optimallaşdırılması göstərilib.

    İclasda, həmçinin, “Muğanbank”ın “Biləsuvar” filialının icazəsinin ləğv edilməsinə dair müraciətinə baxılıb. Sözügedən filialın bağlanmasına səbəb olaraq filialın fəaliyyətinin rentabelli olmaması, pərakəndə biznes məhsullarının satışına yönəlmiş müştəri axınının azalması və həmin ərazilərdə cəlb ediləcək korporativ müştərilərin fəaliyyətinin azlıq təşkil etməsi olub.

    Direktorlar Şurası “Banklar haqqında” qanunu və Palatanın Nizamnaməsini rəhbər tutaraq Azərbaycan Mərkəzi Bankı tərəfindən “Yapı Kredi Bank Azərbaycan”ın “İnşaatçılar” filialına verilmiş 19.02.2015-ci il tarixli №243/17 saylı icazəni və “Muğanbank”ın “Biləsuvar” filialına verilmiş 30.05.2012-ci il tarixli №29/28 icazəni ləğv edib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi