​Azərbaycanın iki bankı "Caspian Money Transfer"i almaq istəyir

​Azərbaycanın iki bankı "Caspian Money Transfer"i almaq istəyir Beynəlxalq pulköçürmə sistemi üçün artıq "Zaminbank"a təkliflər var
Maliyyə
11 Avqust , 2016 11:46
​Azərbaycanın iki bankı Caspian Money Transferi almaq istəyir

Bakı. 11 avqust. REPORT.AZ/ Ləğvetmə prosesində olan "Zaminbank" ASC-yə, ona məxsus "Caspian Money Transfer" beynəlxalq pulköçürmə sistemini almaq üçün təkliflər daxil olub. Bu barədə "Report"a açıqlamasında Bankın İdarə Heyətinin sədr müavini Nigar Nağıyeva bildirib.

Onun sözlərinə görə, təkliflər Azərbaycanın iki kommersiya bankından, eləcə də xaricdə fəaliyyət göstərən iki kredit təşkilatından daxil olub: "Bununla bağlı "Zaminbank"a müraciət edilib, yaxın həftələr ərzində bank rəhbərliyi ilə görüşmək istəyirlər".

Bununla belə, "Zaminbank" rəsmisi "Caspian Money Transfer"i almaq istəyənlərin hansı qurumlar olduğunu, pulköçürmə sistemi üçün banka nə qədər vəsait təklif olunduğunu açıqlamayıb: "Yalnız onu deyə bilərəm ki, bu, kifayət qədər qiymətli məhsuldur, mükəmməl sistemdir. Bu illər ərzində təkcə onun inkişafına 5 mln. manatdan çox vəsait xərclənib. "Caspian Money Transferin" 2 mln.-dan çox ödəmə nöqtəsi ilə əlaqəsi olub. Burada indiyə qədər vəsait itkisi, pulun gecikməsi halları olmayıb. Sistem "çirkli pullar"ın yuyulmasına imkan verməyib. Sistemi almaq istəyənlər bunları nəzərə almalıdır. İstənilən halda son qərarı "Zaminbank"ın səhmdarları verəcəklər". 

Son xəbərlər

Orphus sistemi