Yuxarı

Azərbaycandan MDB-yə ixrac 48% artıb

İdxalda isə MDB ölkələrinin xüsusi çəkisi 17,65% olub

Bakı. 19 mart. REPORT.AZ/ Azərbaycanla MDB ölkələri arasında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 33,97% azalaraq cari ilin yanvar-fevral ayları ərzində 265 122,75 min dollar təşkil edib.

"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu müddətdə ixrac 47,91% artaraq 92 221,44 min dollara çatıb, idxal isə əksinə 49,02% azalaraq 172 901,31 min dollara enib. Hesabata əsasən, ölkə üzrə cəmi ixracın 7,54%-i MDB ölkələrinə həyata keçirilib. İdxalda isə MDB ölkələrinin xüsusi çəkisi 17,65% olub. 

Qeyd edək ki, cari ilin yanvar-fevral ayları ərzində Azərbaycan 132 ölkə ilə 2 203 344.30 min dollar həcmində ticarət əməliyyatı həyata keçirib. Ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 45,51% azalıb. Bu müddətdə idxal əməliyyatlarının həcmi 42,67% azalaraq 979 874,94 min dollar, ixrac isə 47,59% azalaraq 1 223 469,36 min dollar təşkil edib.Ticarət dövriyyəsinin müsbət saldosu 2,6 dəfə azalaraq ötən ilin müvafiq dövründəki 627 435,96 min dollardan cari ildə 243 594,42 min dollara enib.

Cari ilin yanvar-fevral ayları ərzində Azərbaycana 4 648 çeşiddə mal idxal olunub. Bu müddətdən ölkədən ixrac olunan məhsul çeşidi isə cəmi 968 ədəd təşkil edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi