Yuxarı

Azərbaycandan Gürcüstana pul köçürmələri 7% azalıb

​Azərbaycandan Gürcüstana pul köçürmələri 7% azalıb

Bu ilin I rübündə Azərbaycandan Gürcüstana 4 650,4 min ABŞ dolları məbləğində pul köçürülüb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə qonşu ölkənin Milli Bankının hesabatında bildirilir.

Hesabata əsasən, bu rəqəm illik müqayisədə 6,9% azdır.

Yanvar-mart aylarında Gürcüstandan Azərbaycana isə pul köçürmələrinin məbləği isə ötən ilin eyni dövrünə nisbətən 1,9% azalaraq 2 572,9 min dollara düşüb.

Təkcə mart ayında isə Azərbaycandan Gürcüstana 1,64 milyon dollar, Gürcüstandan Azərbaycana isə 906 min dollar pul köçürülüb.

Ötən ay Gürcüstana müxtəlif ölkələrdən, ümumilikdə, 138,4 mln. dollar daxil olub ki, bu da illik müqayisədə 4,5% və yaxud 5,9 milyon dollar çoxdur. Hesabat ayında qonşu ölkəyə ən çox pul köçürmələri 35,42 milyon dolar olmaqla Rusiyadan həyata keçirilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi