​Azərbaycandakı valyuta mübadiləsi məntəqələri Mərkəzi Bankın tələbnaməsini pozub

​Azərbaycandakı valyuta mübadiləsi məntəqələri Mərkəzi Bankın tələbnaməsini pozub Paytaxtdakı mübadilə məntəqələri icazə verilən marjanı 7-10 dəfə aşaraq dolların alış məzənnəsini süni qaydada azaldıb
Maliyyə
23 Fevral , 2015 13:23
​Azərbaycandakı valyuta mübadiləsi məntəqələri Mərkəzi Bankın tələbnaməsini pozub

Bakı. 23 fevral. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən bir sıra kommersiya banklarının valyuta mübadiləsi məntəqələri ABŞ dollarının alış-satış məzənnəsinin müəyyənləşdirilməsi prosesində Mərkəzi Bankın (AMB) marja ilə bağlı tələbnaməsini pozub.

"Report"un verdiyi xəbərə görə, Bakı şəhərinin bir çox yerində mübadilə məntəqələri əhalidən dolları 0,85-0,90 AZN/USD məzənnəsi ilə alır. Halbuki, AMB-nin tələbnaməsinə əsasən, icazə verilən marja +/-2% təşkil edir. Yəni, valyutanın alış-satış məzənnəsi rəsmi məzənnədən maksimum 2% ucuz və 2% baha (alış minimum 1,029 AZN/USD, satış isə maksimum 1,071 AZN/USD) ola bilər. Faktiki olaraq, paytaxtdakı valyuta mübadiləsi məntəqələri icazə verilən marjanı 7-10 dəfə aşıb və alışı rəsmi məzənnədən 14-19% aşağı qiymətlə həyata keçirir.

AMB-dən "Report"a bildirilib ki, tələbləri pozan banklara qarşı tədbir görüləcək.

Qeyd edək ki, bu gün səhər saatlarında "Muğan Bank" ASC-nin bir neçə filial və mübadilə məntəqəsi dolların alışını 0,85 AZN/USD məzənnəsi ilə həyata keçirib və bunu baş ofisdən aldığı rəsmi göstərişlə əsaslandırıblar.

Maraqlıdır ki, paytaxtın mərkəzində yerləşən bir sıra mübadilə məntəqələri ümumiyyətlə dolların alışını, bəzən isə satışını da dayandırıb.

Son xəbərlər

Orphus sistemi