Yuxarı

Azərbaycandakı ticarət mərkəzlərində çalışanların çoxu sığortasızdır - VİDEOREPORTAJ

Azərbaycandakı ticarət mərkəzlərində çalışanların çoxu sığortasızdır

Bakının Nizami rayonunda ötən ay yanğın baş vermiş “Diqlas” Ticarət Mərkəzindəki sahibkarlara dövlət tərəfindən göstərilən yardımın məbləği 2 milyon manata yaxınlaşıb. Bununla belə, iş adamlarına dəymiş zərərinin məbləğinin bundan çox olduğu kimsəyə sirr deyil.

O da məlumdur ki, Azərbaycanda bizneslə məşğul olanların əmlakının sığortalanması məsələsi hələ də problem olaraq qalır. Bu isə sabah yenidən baş verə biləcək xoşagəlməz hadisələrlə bağlı riskləri dövlətin üzərinə qoyur.

Bununla bağlı “Report”a açıqlama verən sığorta bazarı üzrə ekspert Aqşin Əlizadə bildirib ki, ticarət mərkəzlərində çalışanların sığorta ilə bağlı probleminin həll yolu maarifləndirmədən keçir: “Maarifləndirməni öz üzərinə götürməli olan şəxslər sığortaçılar və sığorta vasitəçiləridir. Amma bu gün onların özlərinə də maariflənməsinə ehtiyac var. Maliyyə Bazarlarına Nəzarət Palatası da bu istiqamətdə müəyyən tədbirlər görməkdədir və ümid edirəm də maarifləndirmə işlərini daha da genişləndirəcəklər”.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi