Azərbaycandakı səhmdar cəmiyyətlərdən birinin əsas sahibi dəyişib

Azərbaycandakı səhmdar cəmiyyətlərdən birinin əsas sahibi dəyişib Müəssisənin 91,8%-lik səhm paketi "əl dəyişdirib"
Maliyyə
8 Oktyabr , 2016 09:32
Azərbaycandakı səhmdar cəmiyyətlərdən birinin əsas sahibi dəyişib

Bakı. 8 oktyabr. REPORT.AZ/ "Bakı Fond Birjası" QSC-də "Xudat Tikinti-16" ASC-nin səhmlərinin alqı-satqısı ilə bağlı daha 2 əqd bağlanılıb. Bu barədə "Report" BFB-yə istinadən xəbər verir.

Məlumata görə, əqdlərdən biri müəssisənin 9 089 səhminin realizə edilməsini nəzərdə tutur. ASC-nin nizamnamə kapitalının 19,8 min manat olduğunu və bu məbləğin hər birinin nominal dəyəri 2 manat olan 9 900 səhm əsasında formalaşdığını nəzərə alsaq, sövdələşmə nəticəsində "Xudat Tikinti-16"nın 91,8%-lik səhm paketinin və bununla da onun əsas sahibinin dəyişdiyini demək olar.

Ötən gün bağlanmış digər əqd isə müəssisənin 95 səhminin (190 manatlıq) başqa ələ keçməsini nəzərdə tutur. Bundan əvvəl, oktyabrın 4-5-də "Xudat Tikinti-16"nın 399 səhmi (798 manatlıq) "əl dəyişdirib". Başqa sözlə, son 1 həftə ərzində ASC-nin səhmlərinin 96,8%-i yeni sahibini tapıb.

Xatırladaq ki, "Xudat Tikinti 16" 2005-ci ildə yaradılıb. Onun səhmləri BFB-də ticarətə sentyabrın 30-da buraxılıb. Birjanın Listinq Komitəsinin həmin gün qəbul etdiyi qərarla qiymətli kağızlar alternativ bazar seqmentində listinqə daxil edilib.

Son xəbərlər

Orphus sistemi