Azərbaycandakı səhmdar cəmiyyətlərdən biri ləğv olunur

Azərbaycandakı səhmdar cəmiyyətlərdən biri ləğv olunur Söhbət "Zaqatala Məişət Tikinti" QSC-dən gedir
Maliyyə
2 May , 2017 09:55
Azərbaycandakı səhmdar cəmiyyətlərdən biri ləğv olunur

Bakı. 2 may. REPORT.AZ/ İyunun 21-də, saat 16:00-da “Zaqatala Məişət Tikinti” QSC-nin səhmdarlarının növbəti yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

Məlumatda deyilir ki, yığıncaq Cəmiyyətin yerləşdiyi Zaqatala rayonunun Yuxarı Tala kəndində olacaq.

Yığıncağın gündəliyinə müəssisənin 2016-cı ildəki fəaliyyətinin yekunlarına dair İdarə Heyətinin, Təftiş Komissiyasının illik hesabatının dinlənilməsi, balansının təsdiq edilməsi, mənfəətinin bölüşdürülməsi, audit yoxlamasının aparılması, Cəmiyyətin 2017-ci ildəki fəaliyyət proqramına baxılması, torpaq sahəsinin özəlləşdirilməsi, eləcə də müəssisənin ləğv olunması və bununla əlaqədar ləğvetmə komissiyasının yaradılması üçün müvafiq orqanlara müraciət edilməsi məsələləri daxildir.

Xatırladaq ki, “Zaqatala Məişət Tikinti” QSC 1999-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 48 856 manatdır. 

Son xəbərlər

Orphus sistemi