​Azərbaycandakı qeyri-bank kredit təşkilatlarının 3% kapitalı artıb

​Azərbaycandakı qeyri-bank kredit təşkilatlarının 3% kapitalı artıb İlin əvvəlindən bank olmayan kredit təşkilatlarının aktivləri 10% artıb
Maliyyə
9 İyul , 2015 15:57
​Azərbaycandakı qeyri-bank kredit təşkilatlarının 3% kapitalı artıb

Bakı. 9 iyul. REPORT.AZ/ Cari ilin yanvar-mart ayları ərzində Azərbaycanda fəaliyyət göstərən qeyri-bank kredit təşkilatlarının nizamnamə kapitalı ümumilikdə 2,9% artaraq iyunun 1-i vəziyyətinə 91,62 mln. manata yüksəlib.

Azərbaycan Mərkəzi Bankından "Report"a verilən məlumata görə, hesabat dövründə bank olmayan kredit təşkilatlarının aktivləri 713,1 mln. manat təşkil edib. Bu isə 2014-cü ilin sonuna nisbətən 62,5 mln. manat və ya 9,6% çoxdur.

Bununla yanaşı bildirilir ki, təhlil olunan dövr ərzində qeyri-bank kredit təşkilatlarının mövcud filiallarının ümumi sayında dəyişiklik olmayıb və 224 vahid təşkil edib.

Son xəbərlər

Orphus sistemi