Yuxarı
    Bağlamaq

    Azərbaycandakı qeyri-bank kredit təşkilatları kreditləşməni 22% artırıb

    Ölkədəki məcmu kredit qoyuluşlarının 5,4%-nin ödəniş vaxtı keçib, istehlak kreditləşməsi isə 25% artıb

    Bakı. 9 yanvar. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən qeyri-bank kredit təşkilatları tərəfindən ölkə iqtisadiyyatına kredit qoyuluşu illik müqayisədə 21,3% artaraq 2014-cü il dekabrın 1-nə 525,2 mln. manata çatıb.

    "Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, bu da maliyyə-kredit təşkilatları tərəfindən ölkə iqtisadiyyatına yatırılan məcmu kredit qoyuluşlarının 2,9%-ni təşkil edir.

    Hesabata əsasən, bu müddətdə ölkə iqtisadiyyatına kredit qoyuluşlarının 11,489 mlrd. manatı və ya 63,3%-i özəl bankların payına düşür. Bunun da 30,6%-i xarici kapitallı banklar hesabına həyata keçirilib. Beləliklə, özəl bankların kredit qoyuluşunda illik 19,7%, o cümlədən xarici kapitallı banklar üzrə isə 20,3% artım müşahidə edilib.

    Qeyd edək ki, Azərbaycandakı maliyyə-kredit təşkilatları tərəfindən ölkə iqtisadiyyatına kredit qoyuluşunun həcmi illik müqayisədə 19% artaraq 2014-cü il dekabrın 1-nə 18,152 mlrd. manata çatıb. Kreditlərin 981,5 mln. manatının və ya 5,4%-nin ödəniş vaxtı keçib.

    Ölkə iqtisadiyyatına məcmu kredit qoyuluşunun 7,528 mlrd. manatı və ya 41,5%-i ev təsərrüfatlarına verilən kreditlərin (istehlak kreditləri) payına düşüb. İstehlak kreditləşməsində əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,493 mlrd. manat və ya 24,7% artım qeydə alınıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi