Azərbaycandakı kredit təşkilatları kreditləşməni azaldır

Azərbaycandakı kredit təşkilatları kreditləşməni azaldır Mart ayından başlayan proses zamanı kreditləşmə artıq 2% azalıb
Maliyyə
10 Avqust , 2015 10:57
Azərbaycandakı kredit təşkilatları kreditləşməni azaldır

Bakı. 10 avqust. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatları tərəfindən iqtisadiyyata məcmu kredit qoyuluşları 2015-ci il iyulun 1-nə 20 288,5 mln. manat təşkil edib. Bu, iyunun 1-nə olan analoji göstəricidən 179,6 mln. manat və ya 0,9% azdır. 

Azərbaycan Mərkəzi Bankından "Report"a bildirilib ki, iqtisadiyyata kredit qoyuluşlarında azalma mart ayından etibarən davam edir. Mart ayının 1-nə olan maksimal göstərici ilə müqayisədə iyulun 1-nə iqtisadiyyata kredit qoyuluşları 408,7 mln. manat və ya 2% azalıb.

Son xəbərlər

Orphus sistemi