Azərbaycandakı kredit ittifaqları zərərdə

Azərbaycandakı kredit ittifaqları zərərdə Azərbaycandakı kredit ittifaqları ötən ili 0,7 milyon manat xalis zərərlə başa vurub.
Maliyyə
7 Fevral , 2020 13:35
Azərbaycandakı kredit ittifaqları zərərdə

Azərbaycandakı kredit ittifaqları ötən ili 0,7 milyon manat xalis zərərlə başa vurub.

“Report” bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, il ərzində kredit ittifaqlarının əməliyyat gəlirləri 2,4 milyon manat, əməliyyat xərcləri 1,1 milyon manat, xüsusi ehtiyatlara ayırmaları 1,9 milyon manat, mənfəət vergisi ödəmələri isə 0,1 milyon manat təşkil edib.

Bu il yanvarın 1-nə kredit ittifaqlarının aktivləri 16,6 milyon manat olub. Bunun 14,9 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir.

Hesabat tarixinə kredit ittifaqlarının öhdəlikləri 6,5 milyon manat, o cümlədən aldıqları kreditlər 6,3 milyon manat, balans kapitalı isə 10,1 milyon manat, o cümlədən nizamnamə kapitalı 8,5 milyon manat təşkil edib. 

Son xəbərlər

Orphus sistemi