Azərbaycandakı investisiya şirkətlərinin renkinqi (yanvar-sentyabr, 2017-ci il)

Azərbaycandakı investisiya şirkətlərinin renkinqi (yanvar-sentyabr, 2017-ci il) "Unicapital İnvestisiya Şirkəti" renkinqdə birinciliyi saxlayıb
Maliyyə
12 Oktyabr , 2017 11:39
Azərbaycandakı investisiya şirkətlərinin renkinqi (yanvar-sentyabr, 2017-ci il)

Bakı. 12 oktyabr. REPORT.AZ/ Bakı Fond Birjası (BFB) bu ilin yanvar-sentyabr aylarında dövlət və korporativ qiymətli kağızlar bazarı sektorunda göstərilmiş xidmətlərin həcminə görə investisiya şirkətlərinin renkinqini açıqlayıb.

"Report" Birjaya istinadən xəbər verir ki, renkinqə 3,331 mlrd. manatlıq göstərici ilə "Unicapital İnvestisiya Şirkəti" ASC başçılıq edir. Növbəti yerlərdə 2,524 mlrd. manatla "PAŞA Kapital İnvestisiya Şirkəti” QSC, 1,844 mlrd. manatla “İnvest-Az İnvestisiya Şirkəti” QSC, 1,418 mlrd. manatla "AzFinance İnvestisiya Şirkəti" QSC, 180,5 mln. manatla "PSG Kapital İnvestisiya Şirkəti" QSC, 178,9 mln. manatla “Xalq Kapital İnvestisiya Şirkəti” QSC və 53,3 mln. manatla isə "Kapital Menecment İnvestisiya Şirkəti" ASC qərarlaşıb.

"İnvest-Az" investisiya şirkəti törəmə maliyyə alətləri bazarında likvidlik təminatçısı kimi çıxış edir.

İnvestisiya şirkətləri Əməliyyatların həcmi, AZN
1 Unicapital 3 331 292 117
2 PAŞA Kapital 2 524 087 799
3 İnvest-Az 1 843 831 739
4 AzFinance 1 418 354 635
5 PSG Kapital 180 495 347
6 Xalq Kapital 178 888 038
7 Kapital Menecment 53 258 858

Son xəbərlər

Orphus sistemi