Azərbaycandakı investisiya şirkətlərinin renkinqi (yanvar-noyabr, 2017-ci il)

Azərbaycandakı investisiya şirkətlərinin renkinqi (yanvar-noyabr, 2017-ci il) Bakı. 18 dekabr. REPORT.AZ/ Bakı Fond Birjası (BFB) bu ilin yanvar-noyabr aylarında dövlət və korporativ qiymətli kağızlar bazarı sektorunda göstərilmiş xidmətlərin həcminə görə investisiya şirkətlərinin renkinqini açıqlayıb.
Maliyyə
18 Dekabr , 2017 10:43
Azərbaycandakı investisiya şirkətlərinin renkinqi (yanvar-noyabr, 2017-ci il)

Bakı. 18 dekabr. REPORT.AZ/ Bakı Fond Birjası (BFB) bu ilin yanvar-noyabr aylarında dövlət və korporativ qiymətli kağızlar bazarı sektorunda göstərilmiş xidmətlərin həcminə görə investisiya şirkətlərinin renkinqini açıqlayıb.

"Report" Birjaya istinadən xəbər verir ki, renkinqə 4,319 mlrd. manatlıq göstərici ilə "Unicapital İnvestisiya Şirkəti" ASC başçılıq edir. Növbəti yerlərdə 4,087 mlrd. manatla "Paşa Kapital İnvestisiya Şirkəti” QSC, 2,580 mlrd. manatla “İnvest-Az İnvestisiya Şirkəti” QSC, 1,848 mlrd. manatla "AzFinance İnvestisiya Şirkəti" QSC, 380,1 mln. manatla “Xalq Kapital İnvestisiya Şirkəti” QSC, 242,4 mln. manatla "PSG Kapital İnvestisiya Şirkəti" QSC və 53,3 mln. manatla "Kapital Menecment İnvestisiya Şirkəti" ASC qərarlaşıb.

"İnvest-Az" investisiya şirkəti törəmə maliyyə alətləri bazarında likvidlik təminatçısı kimi çıxış edir.

İnvestisiya şirkətləri Əməliyyatların həcmi, AZN
1 Unicapital 4 318 709 588
2 Paşa Kapital 4 087 124 791
3 İnvest-Az 2 580 239 077
4 AzFinance 1 847 889 196
5 Xalq Kapital 380 120 676
6 PSG Kapital 242 362 597
7 Kapital Menecment 53 258 858

Son xəbərlər

Orphus sistemi