Azərbaycandakı investisiya şirkətlərinin renkinqi (yanvar-may, 2019)

Azərbaycandakı investisiya şirkətlərinin renkinqi (yanvar-may, 2019) "Bakı Fond Birjası" QSC (BFB) bu ilin yanvar-may ayları üzrə birja üzvlərinin dövriyyəsi üzrə renkinqini açıqlayıb.
Maliyyə
24 İyun , 2019 15:01
Azərbaycandakı investisiya şirkətlərinin renkinqi (yanvar-may, 2019)

"Bakı Fond Birjası" QSC (BFB) bu ilin yanvar-may ayları üzrə birja üzvlərinin dövriyyəsi üzrə renkinqini açıqlayıb.

"Report" Birjaya istinadən xəbər verir ki, renkinqə 3 938 465 744 manatlıq göstərici ilə "PAŞA Kapital İnvestisiya Şirkəti” QSC başçılıq edir.

Növbəti yerlərdə 1 351 230 980 manatla "AzFinance İnvestisiya Şirkəti" QSC, 919 917 720 manatla “Xalq Kapital İnvestisiya Şirkəti", 946 719 122 manatla “İnvest-Az İnvestisiya Şirkəti” QSC, 818 923 989 manatla “Unicapital İnvestisiya Şirkəti” QSC, 157 430 884 manatla "PSG Kapital İnvestisiya Şirkəti" QSC və 43 602 477 manatla "BTB Kapital İnvestisiya Şirkəti" QSC qərarlaşıb.

İnvestisiya şirkətləri Əməliyyatların həcmi, AZN
1 Paşa Kapital 3 938 465 744
2 AzFinance 1 351 230 980
3 Xalq Kapital 919 917 720
4 İnvest-Az 946 719 122
5 Unicapital 818 923 989
6 PSG Kapital 157 430 884
7 BTB Kapital 43 602 477
8 Kapital Menecment -

Qeyd edək ki, "İnvest-Az İnvestisiya Şirkəti" törəmə maliyyə alətləri bazarında likvidlik təminatçısı kimi çıxış edir.

Son xəbərlər

Orphus sistemi