Yuxarı
    Bağlamaq

    Azərbaycandakı investisiya şirkətlərinin renkinqi (yanvar-avqust, 2017-ci il)

    Unicapital İnvestisiya Şirkəti renkinqdə birinciliyi saxlayıb

    Bakı. 8 sentyabr. REPORT.AZ/ Bakı Fond Birjası (BFB) bu ilin yanvar-avqust aylarında dövlət və korporativ qiymətli kağızlar bazarı sektorunda göstərilmiş xidmətlərin həcminə görə investisiya şirkətlərinin renkinqini açıqlayıb.

    "Report" Birjaya istinadən xəbər verir ki, renkinqə 2,933 mlrd. manatlıq göstərici ilə "Unicapital İnvestisiya Şirkəti" ASC başçılıq edir. Növbəti yerlərdə 1,994 mlrd. manatla "“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC, 1,512 mlrd. manatla “İnvest-Az İnvestisiya Şirkəti” QSC, 1,261 mlrd. manatla "AzFinance İnvestisiya Şirkəti" QSC, 164,3 mln. manatla "PSG Kapital İnvestisiya Şirkəti" QSC, 79,9 mln. manatla “Xalq Kapital İnvestisiya Şirkəti” QSC və 53,3 mln. manatla isə "Kapital Menecment İnvestisiya Şirkəti" ASC qərarlaşıb.

    "İnvest-Az" investisiya şirkəti törəmə maliyyə alətləri bazarında likvidlik təminatçısı kimi çıxış edir.

    İnvestisiya şirkətləri Əməliyyatların həcmi, AZN
    1 Unicapital 2 933 317 037
    2 PAŞA Kapital 1 993 761 373
    3 İnvest-Az 1 512 315 271
    4 AzFinance 1 261 436 744
    5 PSG Kapital 164 335 239
    6 Xalq Kapital 79 924 855
    7 Kapital Menecment 53 258 858
    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi