Azərbaycandakı investisiya şirkətlərinin renkinqi (yanvar, 2019)

Azərbaycandakı investisiya şirkətlərinin renkinqi (yanvar, 2019) Bakı. 15 fevral. REPORT.AZ/ Bakı Fond Birjası QSC (BFB) bu ilin yanvar ayı üzrə birja üzvlərinin dövriyyəsi üzrə renkinqini açıqlayıb.
Maliyyə
15 Fevral , 2019 13:13
Azərbaycandakı investisiya şirkətlərinin renkinqi (yanvar, 2019)

Bakı. 15 fevral. REPORT.AZ/ "Bakı Fond Birjası" QSC (BFB) bu ilin yanvar ayı üzrə birja üzvlərinin dövriyyəsi üzrə renkinqini açıqlayıb.

"Report" Birjaya istinadən xəbər verir ki, renkinqə 963 969 min manatlıq göstərici ilə "PAŞA Kapital İnvestisiya Şirkəti” QSC başçılıq edir.

Növbəti yerlərdə 371 907 min manatla "AzFinance İnvestisiya Şirkəti" QSC, 268 168 min manatla “İnvest-Az İnvestisiya Şirkəti” QSC, 222 674 min manatla “Unicapital İnvestisiya Şirkəti", 210 741 min manatla “Xalq Kapital İnvestisiya Şirkəti” QSC, 18 739 min manatla "PSG Kapital İnvestisiya Şirkəti" QSC qərarlaşıb.

İnvestisiya şirkətləri Əməliyyatların həcmi, AZN
1 Paşa Kapital 963 969 132,07
2 AzFinance 371 906 860,14
3 İnvest-Az 268 167 495,50
4 Unicapital 222 673 473,16
5 Xalq Kapital 210 740 949,6
6 PSG Kapital 18 739 054,55
7 BTB Kapital  520 858,09
8 Kapital Menecment -

Qeyd edək ki, "İnvest-Az İnvestisiya Şirkəti" törəmə maliyyə alətləri bazarında likvidlik təminatçısı kimi çıxış edir.

Son xəbərlər

Orphus sistemi