Azərbaycandakı investisiya şirkətlərinin dövriyyələrinin həcminə görə renkinqi (yanvar-may, 2017)

Azərbaycandakı investisiya şirkətlərinin dövriyyələrinin həcminə görə renkinqi (yanvar-may, 2017) Renkinqə "Unicapital İnvestisiya Şirkəti" başçılıq edir
Maliyyə
6 İyun , 2017 18:01
Azərbaycandakı investisiya şirkətlərinin dövriyyələrinin həcminə görə renkinqi (yanvar-may, 2017)

Bakı. 6 iyun. REPORT.AZ/ Bakı Fond Birjası (BFB) bu ilin yanvar-may aylarında dövlət və korporativ qiymətli kağızlar bazarı sektorunda göstərilmiş xidmətlərin həcminə görə investisiya şirkətlərinin renkinqini açıqlayıb.

"Report" Birjaya istinadən xəbər verir ki, renkinqə 2,072 mlrd. manatlıq göstəricisi ilə "Unicapital İnvestisiya Şirkəti" ASC başçılıq edir. Növbəti yerlərdə 859,4 mln. manatla "İnvest-Az İnvestisiya Şirkəti" QSC, 794,6 mln.manatla “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC, 563,7 mln. manatla "AzFinance İnvestisiya Şirkəti" QSC, 98,5 mln. manatla "PSG Kapital İnvestisiya Şirkəti" QSC, 42,9 mln. manatla isə "Kapital Menecment İnvestisiya Şirkəti" ASC qərarlaşıb.

"İnvest-Az İnvestisiya Şirkəti" QSC törəmə maliyyə alətləri bazarında likvidlik təminatçısı kimi çıxış edir.

İnvestisiya şirkətləri Cəmi əməliyyatların həcmi, AZN
1 Unicapital 2 071 868 380,72
2 İnvest-Az 859 355 997,61
3 PAŞA Kapital 794 574 764,84
4 AzFinance 563 739 403,36
5 PSG Kapital 98 472 745, 02
6 Kapital Menecment 42 922 736, 72

Son xəbərlər

Orphus sistemi