Azərbaycandakı investisiya şirkətlərindən biri market-meykerliyə başlayır

Azərbaycandakı investisiya şirkətlərindən biri market-meykerliyə başlayır Proses 9 şirkətin səhmlərini əhatə edəcək
Maliyyə
16 Sentyabr , 2016 16:31
Azərbaycandakı investisiya şirkətlərindən biri market-meykerliyə başlayır

Bakı. 16 sentyabr. REPORT.AZ/ Sentyabrın 19-dan “AzFinance İnvestisiya Şirkəti” QSC "Bakı Fond Birjası" QSC-də (BFB) 9 şirkətin səhmlərinin market-meykerliyinə başlayır. Bu barədə "Report"a BFB-dən bildirilib.

Birjanın İdarə Heyətinin qərarına əsasən, sözügedən səhm buraxılışlarının hər biri üzrə alış və satış kotirovkalarının minimal həcmi 5 000 manat, alış-satış kotirovkaları üzrə qiymət dəhlizi (kotirovka spredi) 5% müəyyən edilib:

No Emitentin adı Qiymətli kağızların
ISIN nömrəsi
Market-meyker
kotirovkasının minimal həcmi
Alış - satış kotirovkaları
üzrə qiymət dəhlizi (spred)
1 "Cənubtikintiservis" ASC AZ1001004691 5 000 manat 5%
2 "Bakı ixtisaslaşdırılmış mexanizasiya-7" ASC AZ1001000848 5 000 manat 5%
3 "Bakı tikinti materialları" ASC AZ1001000863 5 000 manat 5%
4 "Bakıinşaatsənaye" ASC AZ1001001564 5 000 manat 5%
5 "AZENCO" ASC AZ1001008452 5 000 manat 5%
6 "Sumqayıt Çörək" ASC AZ1001017230 5 000 manat 5%
7 "Savalan" ASC AZ1001012488 5 000 manat 5%
8 "Avro-Asiya inşaat Korporasiyası EVRASCON" ASC AZ1001000871 5 000 manat 5%
9 "Dərnəgülsənayetikinti" ASC AZ1001000376 5 000 manat 5%

BFB-nin ticarət qaydalarına əsasən, market-meyker gündəlik olaraq BFB-də üzərinə gütürdüyü öhdəliklər həcmində alış və satış sifarişi (kotirovkası) təqdim etməlidir. Hazırda BFB-də market-meyker tərəfindən likvidliyi təmin edilən səhmlərin sayı 10-dur.

Market-meyker kotirovkaları BFB-nin elektron ticarət sistemində gündəlik olaraq saat 10:00-dan etibarən təqdim edilir, həmçinin BFB-nin veb-səhifəsində (www.bfb.az/about-markets/market-meyker-kotirovkalari) dərc olunur.

Son xəbərlər

Orphus sistemi