Yuxarı

​Azərbaycandakı brokerlərin renkinqi (sentyabr, 2015)

Renkinqə Pasha Capital şirkəti başçılıq edir

Bakı. 8 oktyabr. REPORT.AZ/ Cari ilin sentyabr ayı üzrə Bakı Fond Birjasının (BFB) dövlət qiymətli kağızlar və korporativ qiymətli kağızlar bazarı sektorunda (repo əməliyyatları istisna olaraq) göstərilmiş xidmətlərin həcminə görə brokerlərin renkinqində 32,2 mln. manat göstəricisi ilə "Pasha Capital" MMC liderlik edib.

"Report"un BFB-yə istinadən verdiyi xəbərə görə, ilk üçlüyə həmçinin 14,5 mln. manatla "Brokdil-Az" MMC və 13,6 mln. manatla "BoB Broker" MMC daxil olub.

Mövqe
(sentyabr, 2015) 
Mövqe
(sentyabr, 2014)
Brokerlər Əməliyyatların həcmi (AZN)
1 1 Pasha Capital 32 168 037,33
2 3 Brokdil-Az 14 465 463,32
3 - BoB Broker 13 549 930,48
4 4 Unicapital 9 484 144,81
5 2 AzFinance Invest 8 108 660,56
6 7 Xalq Capital 6 696 103,43
7 5 Texnika Capital Management   3 812 188,89
8 - Standard Capital 3 462 616,00
9 6 YapiKredi İnvest 2 040 768,00
10 8 Chelsea Capital 14 264,40

Qeyd: Cari ilin yanvar-sentyabr ayları ərzində BFB-da bütün alətlər üzrə keçirilən əqdlərin ümumi həcmi 7 541,8 mln. manat təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi