Yuxarı

​Azərbaycandakı brokerlərin noyabr renkinqi

Brokerlərin renkinqində liderlik Invest-Aza keçib

Bakı. 8 dekabr. REPORT.AZ/ Azərbaycanın qiymətli kağızlar bazarında 2014-cü ilin noyabr ayında həyata keçirilən əməliyyatların həcminə görə brokerlərin renkinqinə "Invest-Az" şirkəti başçılıq edir.

“Report”un Bakı Fond Birjasına istinadən verdiyi xəbərə görə, renkinqdə sonrakı yeri "PSG-Broker" və "Texnika Kapital Menecment" tutub. Bildirək ki, ötən ay renkinqə başçılıq edən “PAŞA Kapital” isə bu dəfə 4-cü yerdə qərarlaşıb:




Mövqe
(noyabr,2014/noyabr,2014)
               Brokerlər Əməliyyatların həcmi
(AZN)
1 (-) İnvest-AZ 259 378 362,00
2 (-) PSG-Broker 222 821 935,00
3 (8) Texnika Kapital Menecment  92 737 463,93
4 (1) Paşa Kapital  84 366 447,00
5 (2) Unicapital 34 910 119,68
6 (5) Çelsi Kapital  32 250 357,27
7 (7) BoB Broker  24 992 351,94
8 (4) ADB-Broker 2 130 586,00
9 (9) Xalq Kapital 239,20

Qeyd edək ki, renkinq repo əməliyyatları istisna olmaqla, dövlət və korporativ qiymətli kağızlar bazarı üzrə hesablanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi