Azərbaycandakı BOKT-lərin aktivləri 314 milyon manatı keçib

Azərbaycandakı BOKT-lərin aktivləri 314 milyon manatı keçib Bu il oktyabrın 1-nə Azərbaycandakı bank olmayan kredit təşkilatlarının (BOKT) aktivləri 314,4 milyon manat təşkil edib.
Maliyyə
25 Oktyabr , 2019 17:11
Azərbaycandakı BOKT-lərin aktivləri 314 milyon manatı keçib

Bu il oktyabrın 1-nə Azərbaycandakı bank olmayan kredit təşkilatlarının (BOKT) aktivləri 314,4 milyon manat təşkil edib.

“Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ilin əvvəli ilə müqayisədə 17% çoxdur.

BOKT-lərin aktivlərinin 255 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 9 ayda bu rəqəm 17,4% artıb.

Hesabat dövründə BOKT-lərin öhdəlikləri 5% artaraq 188,6 milyon manat, o cümlədən banklardan və digər maliyyə institutlarından cəlb etdikləri vəsaitlər 3,5% azalaraq 88,4 milyon manat, balans kapitalı isə 42,5% artaraq 125,8 milyon manat olub. 

Son xəbərlər

Orphus sistemi