Azərbaycandakı bankların xarici öhdəlikləri artıb

Azərbaycandakı bankların xarici öhdəlikləri artıb Manatın möhkəmlənməsi xarici öhdəlikləri azaldacaq
Maliyyə
10 Mart , 2017 16:27
Azərbaycandakı bankların xarici öhdəlikləri artıb

Bakı. 10 mart. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının xarici öhdəliklərinin ümumi həcmi fevralın 1-nə 8 071,7 mln. manat təşkil edib. 

"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, yanvarın 1-nə olan göstərici ilə müqayisədə 846,9 mln. manat və ya 11,72% çoxdur. Keçən ilin analoji dövrü ilə müqayisədə kommersiya banklarının xarici öhdəlikləri 314,2 mln. manat və ya 3,75% azalıb. 

"Report"un analitik qrupu hesab edir ki, kommersiya banklarının xarici öhdəliklərinin yanvar ayında artım göstərməsi manatın məzənnəsinin ucuzlaşması ilə izah olunur. Bankların xarici öhdəliklərinin fevralda isə əksinə, dollar kəskin ucuzlaşması səbəbindən azalacağı proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi