Yuxarı

Azərbaycandakı bankların sosial şəbəkədə aktivlik renkinqi - TOP-5

Report kommersiya banklarının Facebook sosial şəbəkəsində aktivliyini qiymətləndirib

Bakı. 1 fevral. REPORT.AZ/ "Report" İnformasiya Agentliyi Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının "Facebook" sosial şəbəkəsində aktivliyini qiymətləndirib. Burada bankların müştərilərin sosial şəbəkədə sual və müraciətlərinin cavablandırılmasının operativliyinə diqqət yetirilib. 

"Report"un apardığı müşahidəyə əsasən, bəzi bankların "Facebook" səhifəsi olsa da, orada hər hansı sual ünvanlamaq mümkün deyil. Bəzi səhifələr isə paylaşımlar üzrə aktiv olmasa da, sualların cavablandırılmasında yüksək operativlik nümayiş etdirib.

Aşağıdakı cədvəldə  bankların "Facebook"da sualı cavablandırma operativliyini göstərən renkinqi təqdim olunur. Qeyd edək ki, sorğu ötən həftə aparıldığı üçün 27 yanvar tarixində lisenziyaları ləğv edilən "Qafqaz İnkişaf Bankı" və "Atrabank" da siyahıda əks olunub.

Qeyd edək ki, "SW Bank", "Expressbank" kimi bir neçə banklar isə ümumiyyətlə sualları cavablandırmayıb.

Məlumat üçün bildirək ki, renkinqin tam cədvəli ilə tanış olmaq üçün "Report"a abunə olmaq lazımdır.

Banklar Sualın cavablandırılması
müddəti
1 Kapital Bank           2 dəq.
2 Muğanbank 3 dəq.
3 Atrabank 3 dəq.
4 Bank BTB 5 dəq.
5 Bank of Baku 9 dəq.

* Bu bankların "Facebook" şəbəkəsində səhifələri olsa da, sual yazmaq mümkün olmayıb;

** Bu banklar isə cavab verməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi