Bakı. 21 dekabr. REPORT.AZ/ "Report" İnformasiya Agentliyinin analitik qrupu Azərbaycanda fəaliyyət göstərən bank təşkilatlarının maliyyə göstəricilərinin açıqlamasını özündə əks etdirən şəffaflıq göstəricisi üzrə renkinqini hazırlayıb.
"Report"un cari ilin oktyabrın 1-nə olan maliyyə göstəriciləri ilə bağlı sorğu anketi 20 bank tərəfindən cavablandırılıb. Digər banklar isə göstəriciləri ictimaiyyətdən gizlədib.
Belə ki, 46 sualdan ibarət sorğu anketinin bütün suallarına yalnız "Rabitabank" ASC tərəfindən cavab alınıb. Daha sonra isə məlumatların açıqlanmasında şəffaqlıq göstərən banklar sırasında "Express Bank", "Parabank", "Atrabank", "Zaminbank", "Demirbank", "Gunaybank", "Muganbank", "Turanbank" və "Pasha Bank" ilk onluqda yer alıb. "Bank of Baku", "Kapital Bank" isə cəmi 6-7 göstəricini açıqlamaqla kifayətlənib.
Bildirək ki, banklar cəmi kredit və depozit portfelini açıqlasalar da, onun strukturunu açıqlamamağa çalışıblar.
Hansı bankların fəaliyyətini şəffaf, hansının gizli saxlaması, onların hansı göstəriciləri gizlətdiyi ilə aşağıdakı cədvəldə tanış ola bilərsiz
Banklar | Şəffaflıq (46 göstəriciyə görə) |
Rabitabank | 46 |
Expressbank | 43 |
Parabank | 42 |
Atrabank | 42 |
Zaminbank | 38 |
Demirbank | 37 |
Gunaybank | 30 |
Muganbank | 30 |
Turanbank | 25 |
Accessbank | 21 |
Pasha Bank | 20 |
ASB Bank | 19 |
Caucasian Development Bank | 19 |
Pakistan National Bank | 17 |
SilkwayBank | 16 |
VTB Azerbaijan | 15 |
Bank Respublika | 15 |
Bank Melli Iran-Baku | 15 |
NBC Bank | 11 |
Bank of Baku | 7 |
KapitalBank | 6 |
YapiKredi Bank Azerbaijan | 0 |
Nikoil Bank | 0 |
Azer-Turk Bank | 0 |
Kredobank | 0 |
International Bank of Azerbaijan | 0 |
Unibank | 0 |
XalqBank | 0 |
Bank Technique | 0 |
Bank Avrasiya | 0 |
Accessbank | 0 |
AG Bank | 0 |
Atabank | 0 |
AFB Bank | 0 |
Amrahbank | 0 |
Ganjabank | 0 |
Nahchivan Bank | 0 |
Ziraat Bank Azerbaijan | 0 |
Bank Standard | 0 |
Dekabank | 0 |
Caspian Development Bank | 0 |
BTB | 0 |
United Credit Bank | 0 |
Bank of Azerbaijan | 0 |
Ən cox açıqlanan | Banklar |
Aktivlər | 23 |
Məcmu kapital | 21 |
Kredit portfeli | 20 |
Nizamnamə kapitalı | 19 |
Nəğd vəsaitlər | 18 |
Depozit portfeli | 18 |
Vaxtı keçmiş kreditlər | 17 |
Gəlirlər: | 17 |
faiz gəlirləri | 17 |
qeyri-faiz gəlirləri | 17 |
Xərclər: | 17 |
faiz xərcləri | 17 |
qeyri-faiz xərcləri | 17 |
Mənfəət | 16 |
Müddətli depozitlər: | 14 |
tələb olunanadək | 14 |
xarici valyutada | 10 |
milli valyutada | 10 |
Maliyyə qurumlarına verilən kreditlər | 10 |
Filiallar | 9 |
POS-terminallar | 9 |
Aktiv plastik kartların sayı | 9 |
İstehlak kreditləri | 8 |
Avtomobil kreditləri | 8 |
Qiymətli kağızlara investisiyalar | 8 |
Əhalinin əmanətləri | 8 |
Bankomatlar | 8 |
İşçilərin sayı | 8 |
Müştərilərin sayı: | 8 |
fiziki şəxslər | 8 |
hüquqi şəxslər | 8 |
Debet kartları | 8 |
Kredit kartları | 7 |
1 ilədək kreditlər | 6 |
1 ildən yuxarı kreditlər | 6 |
xarici valyutada kreditlər | 6 |
milli valyutada kreditlər | 6 |
ipoteka kreditlərinin həcmi: | 6 |
xarici valyutada | 6 |
milli valyutada | 6 |
Xarici öhdəliklər | 6 |
İpoteka fondunun xətti ilə kreditlər | 5 |
PR və marketinq xərcləri | 5 |
Orta aylıq əmək haqqı | 4 |