Yuxarı
    Bağlamaq

    Azərbaycandakı bank və BOKT-ların mərkəzləşmiş borcları azalıb

    Bu ilin avqust ayında azalma 1,5% təşkil edib

    Bakı. 9 oktyabr. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları və BOKT-ların Azərbaycan Mərkəzi Bankına (AMB) olan məcmu öhdəlikləri 2017-ci il sentyabrın 1-nə 7 012,5 mln. manat təşkil edib.

    "Report"un AMB-yə istinadən verdiyi xəbərə görə, öhdəliklərin həcmi avqustun 1-nə olan analoji göstərici ilə müqayisədə 104,9 mln. manat və ya 1,47% azdır. Ötən ilin analoji dövrü ilə müqayisədə isə AMB-nin bank və BOKT-lara tələbi 241,6 mln. manat və ya 3,33% azalıb.

    Qeyd edək ki, bankların AMB qarşısında öhdəliklərinin bu günədək maksimal həddi 2016-cı ilin oktyabrında qeydə alınıb və 7 507 mln. manat təşkil edib. Son göstəricinin maksimal həddən 494,5 mln. manat və ya 6,59% aşağı olduğu bildirilir. Qeyd edək ki, avqust ayında kommersiya banklarının xarici öhdəlikləri də azalıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi