Azərbaycanda zərgərlik məmulatlarının istehsalı və satışı ilə 1 400-dən artıq şəxs məşğuldur

Azərbaycanda zərgərlik məmulatlarının istehsalı və satışı ilə 1 400-dən artıq şəxs məşğuldur Bakı. 11 yanvar. REPORT.AZ/ 2017-ci ildə Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidmətinə ekspertiza, analiz, əyarlanma və damğalanmaq üçün daxil olmuş qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarına görə 188,6 min manat dövlət rüsumu ödənililib.
Maliyyə
11 Yanvar , 2018 13:08
Azərbaycanda zərgərlik məmulatlarının istehsalı və satışı ilə 1 400-dən artıq şəxs məşğuldur

Bakı. 11 yanvar. REPORT.AZ/ 2017-ci ildə Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidmətinə ekspertiza, analiz, əyarlanma və damğalanmaq üçün daxil olmuş qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarına görə 188,6 min manat dövlət rüsumu ödənililib.

“Report” nazirliyə istinadən xəbər verir ki, sahibkarların müraciətləri əsasında zəruri cihaz və avadanlıqlarla təchiz edilmiş stasiyonar və mobil laboratoriyada ölkədə istehsal edilən və xaricdən gətirilərək ticarət şəbəkələrində satışa çıxarılan qiymətli metallar və qiymətli daşlardan hazırlanmış zərgərlik və digər məişət məmulatları üzərində mütəmadi əyar nəzarəti həyata keçirilib.

Prezident İlham Əliyevin 20 aprel 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Lisenziya və icazələr haqqında” qanundakı “Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı”na əsasən qiymətli metallardan hazırlanmış məhsulların, o cümlədən zərgərlik və digər məişət məmulatlarının dövlət əyar damğası icazələr növünə aid edilib, ümumilikdə 1 404 hüquqi və fiziki şəxslərə icazə verilib.

Son xəbərlər

Orphus sistemi