Azərbaycanda yaradılan maliyyə müəssisələrinin sayı artıb

Azərbaycanda yaradılan maliyyə müəssisələrinin sayı artıb Birinci yarımildə maliyyə fəaliyyəti ilə bağlı 38 yeni müəssisə və təşkilat yaradılıb, 11-i isə ləğv edilib
Maliyyə
29 İyul , 2017 17:43
Azərbaycanda yaradılan maliyyə müəssisələrinin sayı artıb
Report

Bakı. 19 iyul. REPORT.AZ/ Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda maliyyə fəaliyyəti ilə bağlı 38 yeni müəssisə və təşkilat yaradılıb, 11-i isə ləğv edilib.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Cari il iyulun 1-nə əsasən, Azərbaycanda maliyyə və sığorta fəaliyyəti ilə əlaqədar 1 601 müəssisə və təşkilat mövcud olub. Bu da illik müqayisədə 1,3% azdır. İlin əvvəli ilə müqayisədə isə maliyyə müəssisə və təşkilatlarının sayında 2,2% artım qeydə alınıb. İyulun 1-nə əsasən bu fəaliyyətlə məşğul olan müəssisə və təşkilatların 1 531-i kommersiya təşkilatlarıdır.

Statistikaya əsasən, 2017-ci il iyulun 1-i vəziyyətinə müəssisə və təşkilatların sayı 112 598 olub.

Son xəbərlər

Orphus sistemi