Azərbaycanda "Wallet One" beynəlxalq ödəniş sisteminin cüzdanının təqdimatı keçirilib

Azərbaycanda "Wallet One" beynəlxalq ödəniş sisteminin cüzdanının təqdimatı keçirilib Hazırda Azərbaycanda 50-dən çox yerli provayderlərin xidmət haqqının bu cüzdanla ödənişi mümkündür
Maliyyə
15 May , 2017 10:50
Azərbaycanda Wallet One beynəlxalq ödəniş sisteminin cüzdanının təqdimatı keçirilib

Bakı. 15 mart. REPORT.AZ/ Özündə müxtəlif ödəniş sistmərinin imkanları, həmçinin ani pul köçürmələri sistemlərinin funksiylarını birləşdirən "Wallet One" vahid cüzdanı artıq Azərbaycanda istifadəçilərə təqdim olunub.

"Report"un verdiyi xəbərə görə, bu cüzdan həmin sistem daxilində cüzdandan cüzdana köçürmələr, həmçinin kommunal xidmətlərin, internet telefon, onlayn oyun və bir çox xidmətlərin haqqının ani ödənilməsinə imkan yaradır. Hazırda Azərbaycanda 50-dən çox yerli provayderlərin xidmət haqqının bu cüzdanla ödənişi mümkündür.

Azərbaycanda "Wallet One" cüzdan istifadəçiləri üçün balansın artırılması və cüzdandan cüzdana pul köçürmələri sistem daxilində pulsuzdur. Həmin köçürməni həyata keçirmək üçün istənilən məbləği alacaq şəxsin sadəcə mobil telefon nömrəsini bilmək kifayətdir.

Vahid cüzdanı yaratmaq üçün www.walletone.az rəsmi saytında qeydiyyatdan keçmək lazımdır. Bundan əlavə istifdəçilərin tam rahatlığı üçün "IOS" və "Android" mobil platformaları üçün "vahid cüzdan"ın pulsuz mobil proqramını yükləyib "Wallet One"dan istifadə etmək mümkündür.

"Vahid Cüzdan"dakı balansa "Mastercard" və "Visa" bank kartları, həmçinin "E-manat" terminallları ilə pul yükələmək olar.

Gələcəkdə istifadə imkanlarını artırmaq üçün terminallar şəbəkəsinin genişləndirilməsi nəzərdə tutulur. "Vahid Cüzdan" üzrə 6-dək bank kartı "bağlamaq" və bununla da balansı artırmaq üçün kart seçimini genişləndirmək olar. Cüzdandan "Visa" və "MasterCard" bank kartlarına köçürmə yolu ilə pul çıxarmaq mümkündür.

"Wallet One" Azərbaycandakı bütün istiadəçiləri üçün 2017-ci ilin sonunadək valyuta mübadiləsi, xaricə pul köçürmələri və xarici mağazalarda xidmətlərin ödənişi imkanı əlavə olunacaq. Yaxın gələcəkdə isə cüzdanın unikal "Cash by Code" üslubu il bankomatlardan və bank filiallarından pulun göndərilməsi və ya çıxarılması mümkün olacaq.

Son xəbərlər

Orphus sistemi