Azərbaycanda "Visa" üzrə əməliyyatların həcmi 13 dəfə artıb

Azərbaycanda "Visa" üzrə əməliyyatların həcmi 13 dəfə artıb Bu sistem üzrə dollar əməliyyatlarının həcmi son 5 ildə 6 dəfə artıb
Maliyyə
17 May , 2016 20:00
Azərbaycanda Visa üzrə əməliyyatların həcmi 13 dəfə artıb

Bakı. 17 may. REPORT.AZ/ Son 5 ildə Azərbaycanda "Visa" kartları ilə həyata keçirilən əməliyyatların ümumi həcmi 13 dəfə artıb. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakıda səfərdə olan "Visa"nın Azərbaycan, Belarus və Moldova üzrə ölkə direktoru İqor Kovalyov deyib.

Onun sözlərinə görə, Azərbaycanda nağdsız ödənişlər üzrə əməliyyatlar region ölkələrinin analoji göstəricilərini üstələyir: "Son 5 ildə Azərbaycanda dollar əməliyyatlarının həcmi 6 dəfə artıb. Həmçinin, kartlarda olan vəsaitlərin nağdlaşdırılması 2,5 dəfə artdığı halda, elektron ödənişlərin həcmi ümumi ödənişlərə nisbətən 8%-dən 10%-ə yüksəlib. Bu rəqəmlər Gürcüstan və Qazaxıstanla müqayisədə bir neçə dəfə çoxdur".

Son xəbərlər

Orphus sistemi