Azərbaycanda vergi orqanlarına müraciətlər 36% artıb

Azərbaycanda vergi orqanlarına müraciətlər 36% artıb Hər 100 müraciətdən 68-nə müsbət cavab verilib
Maliyyə
15 Sentyabr , 2017 16:12
Azərbaycanda vergi orqanlarına müraciətlər 36% artıb
Report

Bakı. 15 sentyabr. REPORT.AZ/ Bu ilin avqust ayında Azərbaycanda vergi orqanlarına 8 828 müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 35,9% çoxdur.

“Report” Vergilər Nazirliyinə istinadən xəbər verir ki, müraciətlərdən 86,1%-i ərizə, 13,7%-i şikayət, 0,2%-i təklif olub.

Müraciətlərin 31,3%-i müxtəlif arayışların alınması, 42,4%-i kameral vergi yoxlamaları, 8%-i vergi borcları, 3,4 %-i vergidən yayınma, nağd hesablaşmaların aparılması qaydalarının pozulması, qanunsuz sahibkarlıq fəaliyyəti, qalanları isə digər məsələlərlə bağlı olub. Bütün müraciətlərə vaxtında baxılıb, onların 68,2%-i müsbət həll olunub.

Hesabat dövründə vergi orqanlarında ümumilikdə 405 vətəndaş qəbul edilərək onlara qanunvericilik çərçivəsində lazımi köməklik göstərilib və yaxud müvafiq izahatlar verilib.

Son xəbərlər

Orphus sistemi