​Azərbaycanda vergi orqanları bu il büdcəyə ödənişlərini 7% artırıb

​Azərbaycanda vergi orqanları bu il büdcəyə ödənişlərini 7% artırıb Qeyri-neft sektoru üzrə büdcə daxilolmaları 14% artıb
Maliyyə
9 Dekabr , 2014 17:13
​Azərbaycanda vergi orqanları bu il büdcəyə ödənişlərini 7% artırıb

Bakı. 9 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının ümumi həcmi 6 645,692 mln. manat olub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 6,8% çoxdur. Bu barədə "Report"a nazirliyin analitik-informasiya şöbəsindən məlumat verilib.

Bu məbləğin 33,4%-i mənfəət vergisi, 27,5%-i əlavə dəyər vergisi, 13,2%-i fiziki şəxslərin gəlir vergisi, 10,6%-i aksizlər, 15,3%-i isə digər vergilərin payına düşür.

Qeyri-neft sektoru üzrə büdcəyə 3 899,925 mln. manat vəsait daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,4% çoxdur.

Hesabat dövründə ölkə üzrə 75 988, yəni ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,9% çox vergi ödəyicisi qeydiyyata alınıb. Bu il dekabrın 1-nə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,4% artaraq 604 381-ə çatıb.

Təhlil olunan dövr ərzində Azərbaycanda elektron formada göndərilmiş vergi bəyannamələrinin xüsusi çəkisi 0,1 faiz bəndi azalaraq 90,3% təşkil edib.

Son xəbərlər

Orphus sistemi