Yuxarı

Azərbaycanda vergi ödəyicilərinin borclarının məbləği açıqlanacaq

Sahib Ələkbərov: Həm borcun məbləği, həm də borcluların sayı azalıb

Bakı. 6 aprel. REPORT.AZ/ "Ötən ildən vergi borcu olan ödəyicilərinin adını açıqlayırıq. Bu ildən isə onların borclarının məbləğinin də açıqlanması mümkündür". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında vergilər nazirinin müavini Sahib Ələkbərov deyib. 

S.Ələkbərov eyni zamanda vergi borclarının həcminin 30% azaldığını deyib.

"Əgər ötən ilin sonunda vergi borcu 2,4 mlrd. manat idisə, aprelin 1-nə olan məlumata görə, bu rəqəm 1,6 mlrd. manata enib. Həm borcun məbləği, həm də borcluların sayı azalıb", - deyə nazir müavini qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi