​Azərbaycanda vergi borclarının həcmi 1,4 mlrd. manata çatıb

​Azərbaycanda vergi borclarının həcmi 1,4 mlrd. manata çatıb Bunun 60%-i dövlət sektorunun payına düşür
Maliyyə
17 Noyabr , 2015 18:13
​Azərbaycanda vergi borclarının həcmi 1,4 mlrd. manata çatıb

Bakı. 17 noyabr. REPORT.AZ/ Cari ilin noyabrın 1-nə Azərbaycanda vergi borclarının ümumi həcmi 1,368 mlrd. manat təşkil edib. Bunun 744 mln. manatı dövlət, 497 mln. manatı özəl sektorun payına düşüb.

"Report" xəbər verir ki, bu barədə vergilər nazirinin müavini Natiq Əmirov məlumat verib.

Cari ilin yanvar-oktyabr ayları ərzində Vergilər Nazirliyində vergi cinayətləri ilə bağlı 2 299 cinayət işi icraatda olub. Onlardan 1 425-i üzrə müvafiq qərarlar qəbul edilib, 874 cinayət işi isə noyabr ayı üzrə qalıqda qalıb. 208 cinayət işi ittiham aktı ilə məhkəməyə göndərilib, 527 işin icraatına xitam verilib. Həmçinin bildirilir ki, bunun 455-i üzrə vurulmuş ziyan tam ödənilməklə Cinayət Prosessual Məcəlləsinin 39.1 maddəsi üzrə qərarlar qəbul edilib.

7 cinayət işi aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına göndərilib, 238 cinayət işinin icraatı dayandırılıb. İstintaqdan yayınan 386 nəfər məcburi qaydada istintaqa cəlb edilib.

Son xəbərlər

Orphus sistemi