​Azərbaycanda vençur fondları yaradılacaq

​Azərbaycanda vençur fondları yaradılacaq Bu məqsədlə qanunvericiliklə bağlı müvafiq təkliflər hazırlanır
Maliyyə
17 May , 2016 17:53
​Azərbaycanda vençur fondları yaradılacaq

Bakı. 17 may. REPORT.AZ/ Azərbaycanda vençur fondlarının (risklərin diversifikasiyası məqsədilə birgə maliyyələşdirmə fondları) yaradılması ilə bağlı iş gedir. “Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

Onun sözlərinə görə, bu tipli fondların yaradılması üçün hazırkı qanunvericilikdə müvafiq dəyişikliklər etmək lazımdır: “Ölkəmizdə vençur maliyyələşməsi üçün qanunvericilik aktlarının hazırlanması ilə bağlı işlər gedir. Hazırda bizim təşəbbüsümüzə dövlət qurumlarında baxılır”.

Son xəbərlər

Orphus sistemi