Azərbaycanda vaxtı keçmiş kreditlər yenidən artıb

Azərbaycanda vaxtı keçmiş kreditlər yenidən artıb Problemli kreditlərin ümumi kredit portfelində payı 8,9%-ə yüksəlib
Maliyyə
10 Yanvar , 2017 17:53
Azərbaycanda vaxtı keçmiş kreditlər yenidən artıb

Bakı. 10 yanvar. REPORT.AZ/ Azərbaycanda vaxtı keçmiş kreditlərin ümumi həcmi 2016-cı il dekabr 1-nə 1 442,3 mln. manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, noyabrın 1-i ilə müqayisədə 4,85% və yaxud 66,7 mln. manat çoxdur.

İlin əvvəlinə nisbətən problemli kreditlər 66,2 mln. manat və yaxud 4,4% azaldığı halda, son bir ildə 17,3% və yaxud 212,7 mln. manat artıb.

Vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı ötən il noyabrın sonuna 8,9%, oktyabrın sonuna 8,7%, ilin əvvəlinə 6,9%, 2015-ci il noyabrın sonuna isə 6,6% olub.

Son xəbərlər

Orphus sistemi