Yuxarı
    Bağlamaq

    Azərbaycanda uzun fasilədən sonda dövlət istiqrazlarına görə sabit kupon faizi təklif ediləcək

    Maliyyə Nazirliyi 2 illik istiqrazlarını illik 15% gəlirliliklə realizə etmək istəyir

    Bakı. 28 fevral. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin 2 il müddətinə dövriyyəyə buraxmaq istədiyi, hər birinin nominal dəyəri 100 manat olan 100 min ədəd (10 mln. manatlıq) dövlət ortamüddətli istiqrazının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

    “Report” BFB-yə istinadən xəbər verir ki, uzun fasilədən sonra dövlət qiymətli kağızlarına görə sabit kupon faizi təklif ediləcək. Belə ki, Maliyyə Nazirliyi bu dəfə istiqrazlarını konkret faizlə, illik 15% gəlirliliklə realizə etmək istəyir. Sonuncu dəfə bu vəziyyət 2014-cü ildə olub. O vaxtdan hərraclarda dövlət istiqrazlarının gəlirliliyi investorların tələbindən asılı olaraq müəyyən edilib.

    “Kapital Menecment” investisiya şirkətinin analitiki Cəfər İbrahimli hesab edir ki, Maliyyə Nazirliyinin investorlara ortamüddətli istiqrazlara görə sabit gəlirlilik təklif etməsi qurumun Azərbaycan manatının məzənnəsinin tezliklə sabitləşəcəyi qənaətində olması və dövlət borclanması xərclərini azaltmaq istəyi ilə bağlıdır: “İndiyə qədər dövlət istiqrazlarının gəlirliliyini investorlar hərrac vasitəsi ilə müəyyən edirdi və bu rəqəm bəzən 16-20% arasında dəyişirdi. İndi isə nazirlik 15%-dən yuxarı, Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsindən çox gəlirlilik vəd etmək istəmir və konkret faizlə bazara çıxmağa qərar verib. Bununla belə, hərracın gedişində vəziyyətin dəyişəcəyi, investorların istəyindən asılı olaraq illik gəlirliliyin artacağı və yaxud azalacağı istisna deyil”. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi