Azərbaycanda ÜDM 3% azalıb

Azərbaycanda ÜDM 3% azalıb ÜDM-in əhalinin hər nəfərinə düşən həcmi 418,3 manata bərabər olub
Maliyyə
19 Fevral , 2016 18:08
Azərbaycanda ÜDM 3% azalıb

Bakı. 19 fevral. REPORT.AZ/ Azərbaycanda bu ilin yanvar ayında müəssisə, təşkilat və fiziki şəxslər tərəfindən 4 011,2 mln. manatlıq və ya əvvəlki ilin yanvar ayına nisbətən 3,3% az ümumi daxili məhsul istehsal edilib.

"Report"un məlumatına görə, Dövlət Statistika Komitəsindən bildirilib ki, bunun əsas səbəbi neft-qaz sənayesində, tikintidə, nəqliyyat sektorunda məhsul və xidmətlər istehsalının azalması olub. Əlavə dəyərin 37,3%-i sənayedə, 10,9%-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 8,6%-i tikinti, 7,2%-i nəqliyyat və anbar təsərrüfatı, 3,1%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,0%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,2%-i informasiya və rabitə, 20,0%-i isə digər sahələrdə istehsal edilib. Məhsula və idxala xalis vergilər ÜDM-in 7,7%-ni təşkil edib. Ümumi daxili məhsulun əhalinin hər nəfərinə düşən həcmi 418,3 manata bərabər olub.

Son xəbərlər

Orphus sistemi