Yuxarı
    Bağlamaq

    Azərbaycanda uçot dərəcəsi sabit saxlanılıb

    Bu gün Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin iclası keçirilib© Report

    Bakı. 1 avqust. REPORT.AZ/ Bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin (İH) iclası keçirilib.

    Qurumdan “Report”a verilən məlumata görə, iclasda uçot dərəcəsinin indiki 15% səviyyəsində saxlanılması barədə qərar qəbul edilib.

    AMB-nin rəhbərliyi həmçinin faiz dəhlizinin yuxarı və aşağı həddinin dəyişməz (18% və 10%) saxlanılmasına qərar verib. 

    Qeyd edək ki, İH-nin növbəti iclası sentyabrın 18-də olacaq. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi